Ermənistanın Baş naziri Nikol Paşinyanın 13 yaşında Qarabağla bağlı yazdığı şeir yayılıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan KİV onun hələ 13 yaşında olarkən keçmiş qondarma rejimin adı (“artsax”) ilə Qarabağa həsr etdiyi və azərbaycanlılara müraciətlə yazılan şeirini gündəmə gətirib.
Şeirin tərcüməsini təqdim edirik:
Bəli, bu günəşin altında bəsləndim,
Bu isti günəşin altında böyüdün
Bir döyüşçü və adam oldum.
Siz o torpaqlara Qarabağ deyirsiniz,
Biz ermənilər isə “artsax” deyirik.
Bunu deyərkən oğru kimi danışırsınız
Amma biz ermənilər cəsarətli və qorxusuzuq.
Biz dürüst şəkildə tələbimizi açıqladıq
Hətta buna sübut da göstərdik.
Əgər təklifimizi bu qədər əsalətli olmasaydı,
O zaman Araz çayı özünə yeni yol axtarardı.
Bəli, Masisdəki qarlar əriyəcək,
Sevan gölü (Göyçə-red.) duzlu olacaq.
Əgər tələbimiz düz olmasaydı,
O zaman cəllad kimi hərəkət edərdik.
Bizim Qarabağda gözümüz yoxdur,
Niyə öz torpağımızda gözümüz olsun?
Sərhədimiz o qədər uzadıldı ki,
İndi Meğridəki üzümdən istəyirsiniz.
Qeyd edək ki, Nikol Paşinyan 44 günlük müharibəyə kimi Qarabağla bağlı kəskin mövqe nümayiş etdirməsinə baxmayaraq, son 5 ildə buna görə ciddi şəkildə peşman olduğunu vurğulayıb. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə Ermənistanda revanşist düşüncəni kəskin dəyişdirdi.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür