Böyük Britaniyanın Daxili Cinayət Agentliyi (NCA) Londondakı Hitrou və digər iri hava limanlarında uçuşların pozulmasına səbəb olmuş ehtimal olunan kiberhücumla bağlı təxminən 40 yaşında bir şəxsin saxlanıldığını açıqlayıb.
BUTA.TV xəbər verir ki, şübhəli şəxs Qərbi Sasseksdə saxlanılıb və kompüterdən qanunsuz istifadə aktının pozulmasında ittiham olunub. Daha sonra o, müəyyən şərtlərlə girov müqabilində azadlığa buraxılıb. Hadisə nəticəsində Londonun Hitrou, Brüsselin və Berlinin hava limanlarında minlərlə sərnişin gecikmələrlə üzləşib. Bəzi aviaşirkətlər qeydiyyat və minik əməliyyatlarını əl ilə aparmalı olub.
NCA-nın Milli Kibercinayətkarlıq İdarəsinin rəhbəri, direktor müavini Pol Foster bildirib ki, araşdırma hələ ilkin mərhələdədir.
Hadisənin “Collins Aerospace” şirkətinə qarşı həyata keçirildiyi bildirilir. Şirkət dünyanın müxtəlif hava limanlarında bir sıra aviaşirkətlər üçün qeydiyyat və minik sistemləri təmin edir.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür