Ukrayna Prezidenti Vladimir Zelenski Kreml sahibi Vladimir Putinlə Qazaxıstanda görüşməyə hazır olduğunu bildirib. Halbuki Zelenski daha əvvəl görüş yeri kimi Türkiyə və bir neçə Avropa ölkəsini təklif etmişdi. Zelenski niyə bu dəfə Qazaxıstanın adını çəkib? Bununla Zelenski demək istəyib ki, o, Putinlə Rusiyanın strateji tərəfdaşı sayılan və Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkənin ərazisində belə görüşməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“Bununla Zelenski Qazaxıstanla Belarusun onun üçün fərqini də göstərmiş olub. Zelenski Belarusu Rusiyanın vassalı hesab edir və bu ölkədə Putinlə görüşmək istəmir. Qazaxıstan isə Rusiyanın strateji tərəfdaşı olsa da, Astana Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”, - politoloq qeyd edib.
E.Şahinoğlu Zelenskinin BMT Baş Assambelyasının sessiyası çərçivəsində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşdüyünü də xatırladıb:
“Liderlərin ingilis dilində söhbətləşməsi Rusiyadakı şovinist dairələrin narazılığına səbəb olub. Zelenski yeni təklifi ilə Putini çətin vəziyyətə salıb. Kreml sahibinin Qazaxıstan variantını rədd etməsi Astana ilə Moskva arasındakı münasibətlərdə sualların sayını artıracaq. Kremlə yaxın şovinist dairələr bundan əvvəl də Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar verirdilər”.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür