Keçmiş məcburi köçkünlərin səsini yazmaq da yeni dəb halı alıb. Əslində bu, yaxşı bir şeydir, çünki həyasızlıq edirlər.
BUTA/TV Bakupost.az-a istinadla xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə son vaxtlar məcburi köçkünlər və ev sahibləri arasında qalmaqallı səs yazılarının yayılmasına münasibət bildirərkən deyib.
“Desələr ki, bizə vaxt verin, az qalıb, inşallah, alınan torpaqlarımıza köçəcəyik. Amma bu səsə qulaq asandan sonra bilirsən ki, 1 milyona yaxın qaçqınımız olan vaxtda içərisindən 5-10 min belə həyasız çıxır və bunlara görə bir çox qaçqınlarımız qınaq obyektinə çevrilir. Ancaq inanın, elə qaçqınlar var ki, yataqxana zirzəmisində yaşayırlar və onlar belə çıxıb getmək istəmir, bilmirəm niyə. Amma doğrudan da öz baba-dədə yurdlarını gözləyən minlərlə, on minlərlə, yüz minlərlə qaçqınımız var. İnşallah, onlar torpaqlarında ev tikiləndən sonra qayıdacaqlar. İndi isə növbəti videoya baxın və həyasızlığın dərəcəsini görün”, - deyə o qeyd edib.
- Bu ərazilərdə sıxlıq müşahidə olunur - Siyahı
- Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
- FHN bu ərazilərdə vətəndaşları təxliyə edir - Video
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto