Avqustun 30-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.
BUTA.TV xəbər verir ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimlərdə çıxış edərək məzunları təbrik edib.
Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlar Azərbaycan müdafiə naziri tərəfindən təqdim olunub.
Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?