İrəvan və Bakı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük üçün ərizələr təqdim edib və bu təşkilata üzv olmalıdırlar.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, həm İrəvan, həm də Bakı artıq rəsmi müraciətlərini təqdim ediblər:
“Biz müraciətimizi təqdim etdik, Azərbaycan da müraciətini təqdim etdi. Bizi beynəlxalq tərəfdaşlar kimi qarşıdakı sammitə (Tyanjində, 31 avqust – 1 sentyabr) dəvət ediblər və biz iştirak edəcəyik. Hesab edirik ki, həm Ermənistan, həm də Azərbaycan bu təşkilatın üzvü ola bilər və olmalıdır”.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?