Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Jurnalistin "Bu münasibətdən sonra Siz Azərbaycanın etməyə çalışdığının qarşısını almaq üçün Rusiyanın hər hansı bir hərəkətə əl atacağından qorxmursunuz? Mən coğrafiyanı, dəhliz və sair məsələləri nəzərdə tuturam" sualına cavabında deyib:
"Onların Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm".
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?