Ermənistan parlamentində 2026-cı ilin büdcə layihəsi təqdim olunub. Bu, İrəvanın təhlükəsizlik siyasətində köklü dönüşün yarandığını göstərir. Hakimiyyət müdafiə xərclərini artırmağa davam etmək əvəzinə, əhəmiyyətli azalma bəyan edib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Armenianreport” məlumat yayıb.
Saytın iddiasına görə, Ermənistan hökuməti Azərbaycan qarşısında silahlarla bağlı öhdəlik götürüb.
“Keçən il Ermənistan hərbi xərclərini artırdı, Fransa və Hindistandan silah almaqla onu yeniləməyə çalışmışdı. Amma avqustun 8-də Vaşinqtonda Azərbaycanla sülh müqaviləsinə dair sənədin imzalanmasından sonra kurs qəfil dəyişib”, - mənbə bildirib.
Həmçinin qeyd edilib ki, bu fonda Ermənistanda Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasının çıxarılması üçün kampaniya aparılır.
“2026-cı ildə müdafiə büdcəsinin azaldılması iqtisadi tədbir deyil, Vaşinqton razılaşmalarının strateji nəticəsidir”, - mənbə əlavə edib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?