Azərbaycan neft-qazının Ermənistana tədarükü İrəvanı Rusiyanın enerji asılılığından qurtaracaq.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmanı “Energy Intelligence”ə şərh edərkən deyib.
“Regiondakı son inkişaflardan sonra Azərbaycan neft-qazının Ermənistana tədarükü İrəvanı Rusiyanın Ermənistanın enerji təchizatı ilə bağlı sıxışdırmasına alternativ təmin edəcək”, - diplomat bildirib.
Həmçinin Sekuta hesab edir ki, regionu həqiqətən dəyişdirməyə qadir, çoxdan arzulanan, Türkmənistan qazını Azərbaycan üzərindən Avropaya çatdıran Transxəzər boru kəməridir.
Keçmiş səfir əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın son həmləsi Vaşinqtonun bir-biri ilə sıx bağlı olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında fəaliyyətində nəzərəçarpacaq addımdır.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?