Avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamə sayəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə hamınızı təbrik etmək istəyirəm.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, həmçinin bu müddət ərzində görülən işlərə görə kabinetin bütün üzvlərinə təşəkkür edib.
Paşinyan bildirib ki, Vaşinqtona getməzdən əvvəl hökumətin, Təhlükəsizlik Şurasının genişləndirilmiş tərkibinin, Ermənistan prezidentinin, parlamentarilərin və regionların rəhbərlərinin iştirakı ilə mətnlərin müzakirəsi və təhlili aparılıb:
“Nəticədə belə qənaətə gəldik ki, bu addımı atmaq lazımdır. Amma qarşıda hələ görüləcək çox iş var. Söhbət konstruktiv, dinc və yaradıcı işdən gedir”, - Paşinyan bildirib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?