2024-cü il üçün Türkiyənin ən böyük gəlir vergi ödəyiciləri siyahısına “Baykar” şirkətinin baş direktoru Səlcuq Bayraqdar başçılıq edir.
BUTA.TV xəbər verir ki, S. Bayraqdar ötən il dövlət xəzinəsinə 2 milyard 767 milyon 587 min lirə vergi ödəyib.
Reytinqdə ikinci yerdə dövlətə 2 milyard 528 milyon 619 min lirə vergi köçürən “Baykar”ın digər təmsilçisi, şirkətin baş direktoru Haluk Bayraqdar qərarlaşıb.
Türkiyə Gəlirlər Təşkilatının məlumatına görə, Səlcuq və Haluk Bayraqdar dördüncü ildir ki, ən böyük gəlir vergisi ödəyiciləri siyahısına başçılıq edirlər.
Qeyd edək ki, “Baykar” şirkətinin ötən il müdafiə ixracının həcmi 1,8 milyard dollara çatıb. Aparıcı PUA istehsalçısı Türkiyənin bütün müdafiə və aviasiya sektoru ixracatının dörddəbirini həyata keçirir.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?