Kreml Ukraynada uğursuzluqlardan sonra yeni düşmən obrazları axtarır.
BUTA.TV xəbər verir ki, bu barədə sabiq XİN başçısı Tofiq Zülfüqarov bildirib. Onun sözlərinə görə, son aylarda Rusiyanın təbliğatında Azərbaycan və Qazaxıstan xüsusi hədəf seçilir. Bundan əvvəl bu hücumlar Baltik ölkələrinə, NATO-ya və Fransaya yönəlmişdi.
"Bu təbliğat təzyiqi davam edəcək. İndilik yalnız nəticələrini görürük, amma zamanla vəziyyət daha aydın olacaq", - o deyib.
Tofiq Zülfüqarov vurğulayıb ki, Ukrayna ərazisində Azərbaycan obyektlərinə heç bir təhlükə yoxdur.
"Azərbaycanla Türkiyə arasında güclü ittifaq mövcuddur və bu, bizi istənilən hərbi təhdiddən qoruyur. Rusiyanın isə nə cəsarəti, nə də gücü var ki, ikinci cəbhə açsın", — deyə sabiq nazir əlavə edib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?