Sabah Cəlilabada orta məktəbə qazın verilməsi ilə əlaqədar 18 yaşayış məntəqəsi qazsız qalacaq.
BUTA.TV xəbər verir ki, Cəlilabad rayon ərazisində yerləşən Ocaqlı kəndindəki 1 saylı tam orta məktəbə təbii qazın verilməsi məqsədilə aparılacaq işlər ilə əlaqədar olaraq, 18 yaşayış məntəqəsində – Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Ətçələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir və Qarazəncir kəndlərində, ümumilikdə 4200 abonentin təbii qaz təchizatının sabah saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etmək xahiş edilir.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?