İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Xərrazi suverenliyə, ərazi bütövlüyünə və Ermənistan və Azərbaycanın sərhədlərinin dəyişməzliyinə, eləcə də Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına hörmət edilməsinin zəruriliyini vurğulayaraq, ABŞ-ın Ermənistanda iki ölkə arasındakı kommunikasiya marşrutunu idarə edən investor şirkəti şəklində olması ilə razılaşmadığını və bunun ABŞ-ın gələcəkdə regionda müdaxiləsi üçün əsas ola biləcəyini deyib”, - agentlik bildirib.
Xərrazi Ermənistan hökumətinin İranın problemlərini həll edəcəyinə ümid etdiyini qeyd edib.
Kostanyan da öz növbəsində İran prezidentinin Ermənistana gözlənilən səfəri və yeni memorandumların bağlanması ilə iki ölkə arasında əməkdaşlıq yolunun daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?