Rusiya baş nazirinin müavini Aleksey Overçuk gələn həftə Ermənistan hökumətinin Avrasiya İqtisadi Birliyinin (AİB) qanunvericiliyinə zidd qərarı və Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılmasının bəzi nüanslarını İrəvana gələcəyini və Baş nazir Nikol Paşinyana görüşməyə ümid etdiyini açıqlayıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, Overçukun bəyanatını şərh edən erməni politoloq Robert Qevondyan baş nazirin onu qəbul etməməli olduğunu deyib.
“Əvvəla, ümidvar olduğumu bildirmək istərdim ki, Paşinyan Overçuku qəbul etməyəcək, çünki Rusiya baş nazirinin müavini yuxarıda qeyd olunan məsələləri müzakirə etmək üçün Ermənistan baş nazirinə bərabər şəxs deyil. Beynəlxalq münasibətlərdə etik normaların qorunub saxlanması nöqteyi-nəzərindən Ermənistan baş naziri ilə yuxarıda qeyd olunan məsələləri müzakirə etmək üçün ya Rusiya Prezidenti (Vladimir Putin), ya da Baş nazir (Mixail Mişustin) gəlsəydi, düzgün olardı.
Paşinyan buna baxmayaraq, Overçuku qəbul etmək qərarına gəlsə, ümid edirəm ki, o, Rusiya baş nazirinin müavininə Ermənistan hökumətinin qərarlarını onunla müzakirə etməyə imkan verməyəcək”, - ekspert qeyd edib.
- Bakıda bu yol qismən bağlandı - 3 qurumdan birgə məlumat
- İranla sərhəddə 21 kq marixuana aşkarlandı
- Buraxılış imtahanı suallarının düzgün cavabları açıqlandı
- Zəhərlənən uşaqlardan 2-sinin vəziyyəti ağırdır
- Güclü yağışlar: Məktəblərdə davamiyyət necədir?
- Kəmaləddin Heydərov su basan ərazidə - Video
- Operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilir
- Bakıda yağış fəsadlar törətdi: BŞİH hərəkətə keçdi - Foto