Azərbaycan artıq ABŞ-ın strateji tərəfdaşıdır.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Vaşinqtonda Azərbaycanın SOCAR və ABŞ-nin neft nəhəngi “ExxonMobil” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu, sadəcə növbəti enerji sövdələşməsi deyil, həm də siyasi siqnaldır. ABŞ Xəzər dənizinin enerji resurslarının tranziti məsələlərində Bakını strateji tərəfdaşa çevirərək Cənubi Qafqazda öz mövqelərini gücləndirir. Maraqlıdır ki, memorandum Zəngəzurdan keçən “Tramp yolu”nun (və ya Zəngəzur dəhlizi) tikintisinin də müzakirə edildiyi bir vaxtda imzalanır”, - ekspert bildirib.
Surenyants qeyd edib ki, ABŞ-ın strateji tərəfdaşına çevrilən Azərbaycan həm də Zəngəzur dəhlizi ilə bağlı hədəfinə də çatır.
“Biz tost alırıq, Bakı isə konkret dividendlər”, - politoloq əlavə edib.
Qeyd edək ki, ABŞ mediası bu gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə amerikalı həmkarı Donald Tramp arasında iki ölkənin strateji tərəfdaşlığına dair saziş imzalayacağı barədə məlumat yayıb.
- Bakıda yol çökdü, AYNA-nın maşını həmin çuxura düşdü - Foto
- SEPAH İsrailin konteyner gəmisini vurdu
- Bu təhsil müəssisələrində tədris dayandırıldı - Rəsmi
- Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib - FHN rəsmisi
- Buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli sual...
- ADY yanvar-mart aylarında 24% daha çox sərnişin daşıyıb
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi