Peyk müşahidələri göstərir ki, əvvəllər Aralıq dənizindən keçən və Türkiyədən sonra İrana daxil olan buludlar indi İran sərhədlərinə çatmadan Azərbaycana doğru yönəldilir.
BUTA.TV xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin ofisinin mətbuat orqanı olan "Keyhan" qəzeti yazıb.
"Ölkədə iqlim dəyişikliyinin baş verməsində düşmənlərin müdaxiləsinin olduğu ehtimalı var”, - qəzet əlavə edib.
“Keyhan” yazının davamında İranda iqlim dəyişikliyinin baş verməsi üçün İsrailin Türkiyə ilə əməkdaşlıq etdiyi də iddia edib:
“Hazırda Türkiyədəki 75 İsrail şirkəti İranın iqlim dəyişikliyi layihəsinə fokuslanıb”.
Qeyd edək ki, "Keyhan" Əli Xaməneinin ofisinin mətbuat orqanıdır, baş redaktor Hüseyn Şəriyətmədari İran rəhbərinin bi başa əmri ilə təyin olunub və qəzetdə yazılanlar Əli Xameneinin mövqeyini əks etdirir.
- Bakıda yol çökdü, AYNA-nın maşını həmin çuxura düşdü - Foto
- SEPAH İsrailin konteyner gəmisini vurdu
- Bu təhsil müəssisələrində tədris dayandırıldı - Rəsmi
- Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib - FHN rəsmisi
- Buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli sual...
- ADY yanvar-mart aylarında 24% daha çox sərnişin daşıyıb
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi