Azərbaycan və Belçika arasında birbaşa hava əlaqələrinin qurulması müzakirə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev özünün X sosial şəbəkəsində yazıb.
Müzakirələr AZAL prezidentinin Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepon ilə görüşü zamanı aparılıb.
S.Rzayevin fikrincə, bu görüş bir daha göstərib ki, mülki aviasiya sərnişinlərin daşınması ilə yanaşı, həm də mədəniyyətlər, insanlar və imkanlar arasında bir körpüdür.
“Görüş zamanı AZAL-ın gələcək strateji hədəflərindən danışdıq və bizim üçün prioritet olan məsələləri – dayanıqlı inkişaf, sərnişin məmnuniyyəti və innovasiya ilə bağlı ideyalarımızı partnyorlarımızla bölüşdük. Söhbətimizdə Azərbaycan və Belçika arasında birbaşa hava əlaqələrinin qurulması ideyası da xüsusi yer tutub. Bu imkanlar həm biznes sahəsində əməkdaşlığı, həm də mədəni mübadilə üçün də böyük əhəmiyyət daşıyır”, - deyə AZAL prezidenti bildirib.
Eləcə də AZAL-ın COP29-da olan iştirakından və daha yaşıl gələcək qurmaqda aviasiyanın roluna dair öhdəliyi vurğulanıb.
- Bakıda yol çökdü, AYNA-nın maşını həmin çuxura düşdü - Foto
- SEPAH İsrailin konteyner gəmisini vurdu
- Bu təhsil müəssisələrində tədris dayandırıldı - Rəsmi
- Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib - FHN rəsmisi
- Buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli sual...
- ADY yanvar-mart aylarında 24% daha çox sərnişin daşıyıb
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi