Bu gün türk dövlətləri enerji diplomatiyasının daha bir nümunəsini həyata keçirirlər. Azərbaycan qazı artıq Türkiyə üzərindən Hələbə çatdırılacaq. Enerji və Təbii Sərvətlər Nazirliyinə tabe olan BOTAŞ tərəfindən Qəhrəmanmaraşın Türkoğlu rayonundan başlayaraq Suriyaya qədər uzanan 93 kilometrlik boru kəmərinin inşası tamamlanıb. Türkiyə Azərbaycan qazını bu xətt vasitəsilə Kilis üzərindən birbaşa qonşusu Suriya ilə bölüşəcək.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu mövzu ilə bağlı açıqlamasında deyib.
“Bu addım, eyni zamanda, Suriyada həyatın normallaşmasını, elektrik enerjisi istehsalının bərpa olunmasını, təhlükəsiz və könüllü qayıdış prosesini sürətləndirir, infrastruktur əsaslı sabitliyi dəstəkləyir. Enerji üzərindən qurulan bu strateji xətt Türk dünyasının regional nizam qurma qabiliyyətini möhkəmləndirməklə yanaşı, inkişaf və sabitlik üçün zəminin dərinləşməsinə də töhfə verir. Türkiyə Prezidentinin liderliyi ilə formalaşan bu baxış ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar vasitəsilə etimad, rifah və sabitlik mühitinin formalaşmasına şərait yaradır. “Dildə, fikirdə, işdə birlik” şüarı ilə biz bütün sahələrdə əməkdaşlığımızı daha da gücləndirəcəyik”, - K.Zorlu qeyd edib.
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...
- ABB güzəştli kreditlər verəcək
- Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü
- 8 noyabr prospektində yağışın fəsadları aradan qaldırılır
- ADSEA: Kollektorun üzərində tikilmiş ev söküldü - Video