Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər məzunlara Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı, bilik və bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişlərdən faydalanmaqla qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə, Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.
Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...
- ABB güzəştli kreditlər verəcək
- Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü
- 8 noyabr prospektində yağışın fəsadları aradan qaldırılır
- ADSEA: Kollektorun üzərində tikilmiş ev söküldü - Video