Beynəlxalq aktorlar Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəliblər.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.
Ekspert bildirib ki, dəhlizin açılması Ermənistan-Azərbaycan sülh sazişi çərçivəsindən kənarda razılaşdırılıb:
“Son hadisələr yolların açılması məsələsinin əslində Ermənistan-Azərbaycan sülh sazişi ilə heç bir əlaqəsi olmadığını göstərir. İlkin olaraq, yolların açılması məsələsinə tam başqa kontekstdə baxılırdı. Amma Azərbaycan sonradan 10 noyabr üçtərəfli bəyanatından kənarda yeni şərtlər irəli sürməyə başladı. Bu tələblərə 300 min azərbaycanlının geri qaytarılması, Ermənistanın 150 milyard dollar təzminat ödəməsi, həmçinin konstitusiyaya əlavə və dəyişikliklərin həyata keçirilməsi daxildir. Bakı danışıqlar prosesini məharətlə dəyişdi. İndi artıq görünür ki, beynəlxalq oyunçular Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən kənarda dəhliz məsələsində razılığa gəliblər”.
Balasanyan vurğulayıb ki, Zəngəzur dəhlizinə nəzarət Ermənistanda olmayacaq: “Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl tələbləri nəticəsində bu məsələ danışıqlar prosesinin mərkəzi elementinə çevrilib”.
Ekspert əlavə edib ki, İrəvan bundan əvvəl dəfələrlə “qəbuledilməz” olduğunu bəyan etdiyi Bakının bu tələbini də qəbul edib.
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...