Rusiyanın neft məhsullarını daşıyan “Railgo” şirkətində axtarışların aparılması barədə məlumat doğrudur.
Bu barədə BUTA.TV-a insidentlə bağlı ətraflı məlumatı olan mənbə bildirib. Onun sözlərinə görə, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovun adına olan “Railgo”un Lujnikidəki ofisinə xüsusi təyinatlılar və müstəntiqlər doğrudan da basqın ediblər, sənədlər müsadirə olunub və işçilərə təzyiq göstərilib. Buna baxmayaraq, İsgəndər Xəlilov şəxsi əlaqələrindən istifadə edərək, problemin müvəqqəti həllinə nail olub.
Mənbə bildirib ki, Xəlilovlar buna görə məlumatı təkzib etməyi məqsədəuyğun sayıblar.
O da vurğulanıb ki, İsgəndər Xəlilov və ailə üzvləri hazırda Azərbaycandadırlar, yalnız ailənin kiçiyi Rauf Xəlilov Moskvada qalıb.
Qeyd edək ki, “Mash” Teleqram kanalı “Railgo” şirkətinə basqın edildiyi haqda məlumat yaymışdı. Rəhman Xəlilov isə mediaya açıqlamasında bunu təkzib etmişdi.
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...