İranın rəhbəri Əli Xameneinin bundan əvvəl Azərbaycan Respublikası üzrə nümayəndəsi Əliəkbər Ocaqnejad Ərbəin mərasimində iştirak etmək üçün İraqın Kərbəla şəhərinə yola düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb.
Məlumata görə, Azərbaycandan qovulan Ocaqnejad Kərbəlada Azərbaycan Respublikasından İraqa gedənlərlə görüşlər keçirəcək.
Ocaqnejada yaxın mənbələrin paylaşımlarında isə onun Azərbaycan, Gürcüstan və Dağıstandan Kərbəlaya gedən ziyarətçilərə Xamenei və Qumdakı dini mərkəzlərin təlimat və tapışırıqlarını çatdıracağı bildirilib.
Qeyd edək ki, İran hökuməti, SEPAH və Qumdakı dini mərkəzlər hər il İrana qonşu ölkələrdən Kərbəlaya ziyarətə gedən xarici vətəndaşların cəlb olunması üçün xüsusi vəsaitlər ayırır.
Bunun qarşısının alınması üçün Pakistan hökuməti bu il yeni təhlükəsizlik və nəzarət tədbirlərin həyata keçirilməsi barədə qərar verib.
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...