Kremlin sözçüsü Dmitri Peskovun iki ölkə arasında münasibətlərlə bağlı dediyi sözlər Azərbaycana qarşı manipulyasiya cəhdi hesab edə bilər. Rusiya bir növ öz addımlarını ört-basdır edərək, guya azərbaycanlıların ruslara qarşı mənfi münasibətdə olduğunu iddia edir. Bu ictimai rəyə hesablanmış mövqedir. Çünki Yekaterinburqda azərbaycanlıların öldürülməsindən sonra Rusiyanın etnik azərbaycanlılara qarşı hücum dalğası genişlənib.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
“Bu hücumların əsas hədəfi Azərbaycana təzyiq etmək məqsədi daşıyırdı və bu yolla rəsmi Bakını müstəqil siyasətindən geri addım atmağa məcbur edəcəklərini düşünürdülər. Alınmadı. Peskov isə indi manipulyasiya edir və “qarşılıqlıq prinsipi” görüntüsü yaratmağa səy göstərir.
Digər tərəfdən, Azərbaycanda ruslara qarşı mənfi münasibət iddiası Rusiyanın imperativ siyasətinin tərkib hissəsidir. Bilirik ki, Rusiya, xüsusilə də rusların yaşadığı ölkələrə qarşı hücumda, təzyiq siyasətində həmişə etnik ruslardan kart kimi istifadə edir.
Hesab edirəm ki, Peskovun bu açıqlaması da Azərbaycana mesajdır. Onlar bu yolla rus əsilli Azərbaycan vətəndaşlarından kart kimi istifadə edəcəklərini düşünürlər.
Amma bu, Azərbaycana qarşı zəif kartdır. Çünki azərbaycanlılar xalq olaraq multikultural dəyər daşıyıcılarıdır və bütün etnik, hətta dini kəsimlərə hörmət edir, bunu da bütün dünya bilir”, - deyə politoloq qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında Rusiyada qanuna tabe olan azərbaycanlılara hörmət etdiklərini, Moskva isə Azərbaycanda ruslara hörmət edilməsini çox vacib saydığını bildirib.
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...