Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 2025-ci il 11 iyul tarixdə imzaladığı Sərəncama əsasən, polkovnik Ələsgər Əli oğlu Ələsgərov Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.
Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli polkovnik Ələsgər Ələsgərovu Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin kollektivinə təqdim edib.
Samir Seyidəhmədli yeni təyinatın Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə müsbət töhfə verəcəyini bildirib, hazırkı mərhələdə İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində qarşıda duran vəzifələrə diqqət çəkib, müəyyən olunan hədəflərə çatmaq üçün görüləcək işlərdə kollektivə uğurlar arzulayıb.
Naxçıvanın fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev qeyd edib ki, nazirliyin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin ardıcıl icrasını, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini uğurla yerinə yetirəcək.
Polkovnik Ələsgərov Ələsgər ona göstərilən etimada görə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Ələsgərov Ələsgər yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib