Rusiya İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına töhfə verməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin deyib.
O bildirib ki, sülh sazişinə doğru hərəkətin əsas istiqaməti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2022-ci illərdə əldə etdiyi üçtərəfli razılaşmalarda əksini tapıb:
“Biz bu istiqamətlərdə hərəkət etməliyik: sülh müqaviləsi hazırlamaq, regionda iqtisadi əlaqələri və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq, sonradan demarkasiya ilə sərhədlərin delimitasiyası, vətəndaş cəmiyyətləri ilə Ermənistan və Azərbaycan parlamentləri arasında dialoqun qurulması. Təbii ki, Rusiya üçtərəfli sazişlərin iştirakçılarından biri kimi onların həyata keçirilməsinə bundan sonra da öz töhfəsini verməyə hazırdır. Təbii ki, hər iki tərəf üçün əlverişli olan formada”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü iyulun 10-da Əbu-Dabidə baş tutub və beş saata yaxın davam edib.
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib