Moskva ilə Bakı arasında münasibətlərin gərginləşdiyi dövrdə Azərbaycandakı rus icması Rusiyaya xüsusi rəğbət nümayiş etdirməyib, əksinə, öz ölkələrinə - Azərbaycana daha çox loyallıq göstəriblər.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının xaricdəki ruslarla iş üzrə federal agentliyinin (“Rossotrudniçestvo”) rəhbəri Yevgeni Primakov RBK-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu icmanın nümayəndələri bəzi bəyanatlar səsləndirsələr də, bu çıxışlar Rusiyanı deyil, Azərbaycanı dəstəkləyən mövqedə olub. Primakov bu yanaşmanı anlaşılan hesab etdiyini bildirib, çünki həmin şəxslərin Azərbaycan vətəndaşlığı var. Bununla belə, o, etiraf edib ki, Rusiyaya daha çox dəstək və bağlılıq göstərilməsini arzulayır.
Agentlik rəhbəri vurğulayıb ki, Rusiya öz xalqının nümayəndələrindən loyallıq gözləməyə haqqı olan bir dövlətdir və bu, onların yaşadığı ölkələrin maraqları ilə ziddiyyət təşkil etməməlidir.
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi