Məsud Pezeşkianın Xankəndidə səmimi münasibətinə qəzəblənən bəzi insanlar illərlə ehtiyatsızlıq və tədbirsizlik edərək İsrailin Araz sahilinə qədər sızmasına yol açdılar.
BUTA.TV xəbər verir ki, bunu İranın əmək nazirinin müavini Rza Kəhuli özünün X səhifəsində yazıb.
“Milli təhlükəsizlik qəzəblə əldə edilməz! Onun təmin olunması üçün fəal və ağıllı diplomatiya lazımdır”, - nazir müavini əlavə edib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın Xankəndiyə səfəri və İlham Əliyevlə səmimi görüşündən yayılan görüntülərdən sonra İranın bəzi media orqanları tənqidi materiallar dərc ediblər. Onlar Azərbaycan Respublikasının İsraillə əməkdaşlığı barədə köhnə iddiaları təkrar edib, Pezeşkianın Əliyevlə səmimi münasibətini qınayıblar.
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi