Bir müddət əvvəl sosial şəbəkələrdə Xaqani bağının bir hissəsinin orada yerləşən restoran tərəfindən zəbti edilməsi ilə bağlı iddialara cavab verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı Şəhər Ticarət və Xidmət Departamenti məlumat yayıb.
Qeyd edilib ki, məsələ ilə bağlı Xidmət Departamenti tərəfindən əraziyə yerləşdirilən və insanların gediş-gəlişinə maneə törədən gül dibçəklərinin yığışdırılması təmin edilib:
"Aparılmış araşdırılma nəticəsində məlum olub ki, dibçəklər əraziyə zəbt məqsədi ilə deyil, müvəqqəti saxlanc məqsədilə yerləşdirilib. Lakin buna baxmayaraq sahibkara şifahi xəbərdarlıq edilib və belə halların yolverilməzliyi bir daha onların nəzərinə çatdırılıb".
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı