Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, o cümlədən COP29 ərəfəsində qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.
AQTA-dan BUTA.TV-a bildirilib ki, bu çərçivədə dönərxanalarda keçirilən monitorinqlər zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 1959 ünvanında yerləşən, fiziki şəxs Taleh Nizaməddin oğlu Nəcəfova məxsus “Bakinski Dönər Evi” ictimai iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, dönərin hazırlanmasında istifadə edilən məhsulların təhlükəsizliyinin təsdiqinə dair sənədlərinin olmadığı, mayonezin uyğun temperaturda saxlanması üçün müvafiq avadanlığın təmin edilmədiyi aşkarlanıb. Məlum olub ki, divar səthləri gigiyenik materialla üzlənməyib, sanitar qovşağın qapısı yuma sahəsinə açılıb, havalandırma sistemi quraşdırılmayıb, təmizlik ləvazimatları üçün ayrıca sahə və ya dolab təşkil edilməyib. Həmçinin ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçinin tibbi müayinədən keçmədiyi, sanitar geyimlə təmin olunmadığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı