Avtomobillərin satış bazarında, yay fəslinə nisbətən, fərqli tendensiya müşahidə olunur. Utilizasiya ehtimalını nəzərə alan alıcılar buraxılış ili köhnə olan maşınlara maraq göstərmir. Yayda olduqca yüksək satış göstəricilərinə malik “Mersedes”, “Opel”, “Hyundai” kimi modellərinn alış-satışında ciddi durğunluq müşahidə olunur. Xalq arasında “çeşka”, “dördgöz” kimi tanınan “Mersedes”in “C klass” və “CDi” kimi modelləri kəskin ucuzlaşıb.
BUTA.TV maşın bazarındakı hazırki situasiyanın səbəblərini araşdırıb. Avtomobil alqı-satqısı ilə məşğul olan realtorların bir çoxu səbəbi ölkəyə idxal olunan maşınların gündən-günə artmasında görür. Onların sözlərinə görə, avtomobil almaq istəyən şəxslər artıq maşın bazarına deyil, avtomobil sifarişi ilə məşğul olan şirkətlərə üz tutur.
“Makler”lər bildirir ki, hazırda ABŞ, Koreya kimi ölkələrdə keçirilən hərraclardan ikinci əl maşınlar gətirmək olduqca rahat və sərfəlidir. Alıcılar əvvəllər “Mersedes”, “Lada”, “Opel” kimi markaların ili nisbətən köhnə olan modellərinə yönəlirdisə, hazırda bu avtomobillərin yerini “Toyota”, “Honda”, “Kia” kimi maşınlar əvəz etməyə başlayıb. vakansiya
Bazardakı durğunluğun digər bir səbəbi isə son illər hibrid və elektormobil nəqliyyat vasitələrinə marağın artmasıdır. Xüsusən, ölkəmizdə durmadan artan Çin markalarının elektromobilləri olduqca yüksək alıcı kütləsinə malikdir. Yanacaq baxımından olduqca sərfəli olan bu maşınlar komfort və digər bir çox xüsusiyyətinə görə d, digərlərindən kəskin dərəcədə seçilir.
Bütün bu faktorları nəzərə aldıqda, maşın bazarında müşahidə olunan tendensiyanın yaxın aylarda da davam edəcəyini proqnozlaşdırmaq olar. Ümumən, ildən-ilə “qocalmaqda” olan ənənəvi köhnə maşınların istismar müddəti də artıq yekunlaşıb. Yaxın zamanlarda bizi gözləyən utilizasiya prosesi isə bu avtomobillərin fəaliyyətini birdəfəlik yekunlaşdıracaq.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi