İrəvanın mərkəzi bazarlarından birində satılan narın qarşısındakı yazı erməniləri əməlli-başlı narahat edib.
BUTA.TV xəbər verir ki, qarşısına ermənicə "Qarabağ narı" yazısı yazılan meyvənin haradan, necə gəldiyindən narahat olan erməni sakinlər əraziyə polis çağırıblar.
Qarşısına 1 kq - 1000 dram (Təxminən 2,5 $ - 4.25 Manat) yazılan narın satıcısı polisin sorğu-sualı zamanı məhsulu haradan gətirdiyi barədə məlumat verib. O bildirib ki, bu nar Gürcüstanda satılır, oradan alıb gətirmişəm. azal vakansiya
Onun bu cavabından sonra ara nisbətən sakitləşib.
Qeyd edək ki, bu məlumatı BDU- nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi öz sosial şəbəkə hesabında yayıb.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi