Yevlaxda və ətraf rayonlarda sələmçi kimi tanınan Qiyas Pənahov hədə-qorxu ilə tələb etmə əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, onun barəsində Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müvafiq qərarla “Sələmçi Qiyas” barəsində həbs-qətimkan tədbiri seçilib.
Bildirilir ki, Q.Pənahovun əməlləri ilə bağlı onlarla zərərçəkmiş var. Sələmçinin həmin şəxslərə 300 min manatdan artıq zərər vurduğu qeyd edilir.
Şikayətçilərin sayının artması istisna deyil.
Qeyd edək ki, sosial şəbəkələrdə və televiziyalarda “Sələmçi Qiyas”la bağlı bir neçə dəfə məlumatlar yayılıb. Həmin məlumatlarda şikayətçilər sələmçinin onlara 500 manat qarşılığında 5 min, 1000 manata qarşı 10 minlik borc müqaviləsinə imza atdırdığını iddia ediblər.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi