Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometerologiya İdarəsindən məlumat verilib.
Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-19° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-11° isti olacaq.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi