Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı diqqətdə saxlanılır.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu istiqamətdə növbəti hazırlıqlara başlayıb.
Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar əlil olmuş və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan daha 39 şəxsə avtomobillər veriləcək.
Agentlik bu istiqamətdə həyata keçirilən növbəti sosialyönümlü tədbirlər çərçivəsində ümumilikdə 39 minik avtomobili alır.
Qurum minik avtomobillərinin satın alınmasına 721.500 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN