Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevə yeni vəzifə verilib.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, Rəfail Mehdiyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini təyin edilib.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Rəfail Mehdiyev məlumatı təsdiqləyib. O, deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini vəzifəsindən öz ərizəsi ilə çıxıb.
Qeyd edək ki, Rəfail Mehdiyev ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu ilin iyul ayında nazirliyin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, qurumun rəis müavini təyin olunub.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN