Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin idarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.
BUTA.TV-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Sübhan Kazımov 4 sentyabr 2024-cü il tarixindən idarə heyəti sədrinin müşaviri təyin olunub.
"Azərpoçt" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova məlumatı təsdiqləyib.
Qeyd edək ki, ötən ay Sübhan Kazımov "Azərpoçt" MMC-nin idarə heyətinin üzvlüyündən azad edilib.
O, 2022-ci ilin may ayına qədər "Azərpoçt" MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra idarə heyətinin üzvü olub.
Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN