Gələn il Laçın rayonunun 3 qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq.
BUTA.TV xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
"Xidmət layihələndirmə işləri üzrə 7 müqavilə üzərində işləri davam etdirir. Artıq 3 müqavilə imzalanıb. Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində səylərimizi davam etdirəcəyik. Qorçu qəsəbəsində, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır”, - deyə o qeyd edib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN