Şuşada yeni yaşayış binaları tikiləcək və insanların köçürülməsi davam edəcək.
Axar xəbər verir ki, bunu Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O qeyd edib ki, Şuşa şəhərində abidələrin bərpa olunması işləri davam edir.
T.Novruzov bildirib ki, bu il Şuşanı xeyli sayda insanlar ziyarət edib.
“Bu il Şuşaya sakinlərin köçürülməsi həyata keçirilib. Böyük qayıdış proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir və insanların öz doğma yurdlarına köçürülməsi davam etdiriləcək”, - deyə o əlavə edib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN