Daha bir yol kəsişməsində yaranan qəza şəraiti və nəqliyyat ləngiməsi aradan qaldırıldı.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Nazim Hikmət və Əbdürrəhim bəy Haqverdiyev küçələrinin kəsişməsində olan svetoforların iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib.
Eyni zamanda Nazim Hikmət küçəsindən Mətbuat prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün svetoforun yaşıl işığının müddəti 13 saniyə artırılıb.
Əvvəllər isə Nazim Hikmət küçəsindən kəsişməyə daxil olan sürücülər burada bir qədər gözləməli olurdular.
Edilən dəyişiklikdən sonra bu yolda hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunub və kəsişmədə yaranan nəqliyyat ləngiməsinin qarşısı alınıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN