Oktyabrın 14-də sosial şəbəkələrdə Bakı şəhərinin Səbail rayonunda bərpa işlərindən sonra istifadəyə verilən Xəqani parkı ərazisinin bir hissəsinin ictimai iaşə obyekti tərəfindən zəbt edilməsinə dair məlumat yayılıb.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, Komitə yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma monitorinqi çərçivəsində həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində zəbt olunmuş ictimai ərazinin boşaldılması və vətəndaşların istifadəsinə qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, həmçinin aidiyyəti orqanlara qanun pozuntusu barədə məlumat verilib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN