Ermənistan tərəfinin Araz çayını çirkləndirməsi ciddi problemdr, İranın Ermənistandakı səfirliyindən və Ekologiya Nazirliyindən məsələnin araşdırılması üçün əməli addım atmalarını tələb edirəm.
BUTA.TV xəbər verir ki, bunu İran parlamentinin Tehrandan olan millət vəkili, ekoloq Süməyyə Rəfiyi deyib.
“İmidro” təşkilatı Araz çayının yuxarı axınındakı mis mədənlərindən çirklənmənin aradan qaldırılmasına sərmayə qoymağı təklif edib və bu, bizim mütəxəssislər tərəfindən bəyənilib. Kanalizasiya və tullantı sularını təmizləmək üçün texniki imlanlara malik olduğunu nəzərə alaraq, İran Araz çayında baş verən ekoloji problemin həllinə yardım etməlidir",- millət vəkli bildirib.
Qeyd edək ki, bundan əvvəl güney azərbaycanlı ekoloq Əhməd Bayburdi və Mərənd şəhərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Həsənnejad da Araz çayında baş verən ekoloji problemlə bağlı xəbərdarlıq ediblər.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN