Təl-Əvivdə yeddi nəfərin ölümü ilə nəticələnən terror hücumuna görə məsuliyyəti HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadası üzərinə götürüb.
BUTA.TV xəbər verir ki, hərəkatın hərbi qanadının məlumatına görə, hücum nəticəsində 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Qeyd edək ki, avtomatla silahlanmış iki nəfər oktyabrın 1-də Təl-Əvivin cənubunda tramvaya girərək sərnişinlərə atəş açıb. Daha sonra onlar küçədəki insanları atəşə tutublar.
İstintaq zamanı məlum olub ki, hücumu həyata keçirən hər iki şəxs İordan çayının qərb sahilindəki Xevron şəhərinin sakinləridir. Onlardan biri hadisə yerində zərərsizləşdirilib, digəri ağır yaralanıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN