Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin birinci müavini Əminə Məhəmməd gələn həftə Azərbaycana səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Report-a açıqlamasında bildirib.
Mətbuat katibi qeyd edib ki, Əminə Məhəmməd COP29 konfransından əvvəl, yəni 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək COP-öncəsi tədbirdə iştirak edəcək:
“Səfər çərçivəsində Baş katibin birinci müavini Bakıda Azərbaycanın dövlət və hökumət rəsmiləri, COP29 çərçivəsində bir çox üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə görüşlər keçirəcək. Görüşlərdə COP29 hazırlıqları və müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq. Ə.Məhəmməd 11 oktyabrda Nyu-Yorka dönəcək”, - sözçü bildirib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN