Azərbaycanda çıxarışı olmayan fərdi evlərin sayı yüzminlərlədir. Problemin səbəblərindən biri də belə evlərin yaşayış məntəqəsi yox, digər təyinatlı torpaqlarda tikilməsidir.
Nəticədə bu amil həmin ərazilərdə tikilən evlərin sənədləşdirilməsində problemə çevrilir. Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 28-də imzaladığı fərmanla "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nı təsdiq edib. Belə olan halda, adıçəkilən qayda bu məsələnin həllinə imkan verəcək?
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yeni dəyişikliklə yaxın zamanda bu tipli əmlakların çıxarışlarının verilməsi mümkün olacaq.
"Sözügedən evlərlə bağlı müxtəlif sərəncam və fərmanlar olsa da, uzun illərdir prosesin həyata keçirilməməsinin əsas səbəbi torpaq sahələrinin təyinatının dəyişdirilməsi haqqında qərarın olmaması idi", - deyə ekspert əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN