Rusiya qoşunları Donetsk vilayətinin Uqledar şəhərini faktiki olaraq mühasirəyə alıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya İctimai Palatasının Suverenlik məsələləri üzrə komissiyasının sədri, yeni regionların inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri Vladimir Roqov deyib.
“Uqledar faktiki olaraq rus qoşunları tərəfindən mühasirəyə alınıb və onlar eyni vaxtda bir neçə istiqamətdən hücuma keçərək düşməni şimala doğru sıxışdırır. Nasistlərin (Ukrayna ordusu nəzərdə tutulur – red.) şəhərdəki mövqeləri artilleriya, aviasiya və “Solntsepek” ağır alov sistemləri ilə hücuma məruz qalır”, - o bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusunun şəhərdən geri çəkilmək üçün cəmi bir yolu qalıb, lakin o yol da Rusiya qoşunlarının atəş nəzarəti altındadır:
“Məsələn, on nəfərdən maksimum beşi şəhərdən qaçmağı bacarır. Uqledar Ukrayna qüvvələrinin yaraqlıları üçün daha bir bataqlıq nümunəsi oldu, onlara əvvəllər silahı yerə qoyub, təslim olmaq və canlarını xilas etmək təklif olunub”.
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı