ABŞ və AB İrana HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə reaksiya verməmək müqabilində atəşkəs vəd etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian sentyabrın 29-da hökumətin iclasında deyib.
“Şəhid Haniyənin qətlinə İranın reaksiya verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri liderlərinin bəyanatları tamamilə yalandır. Belə cinayətkarlara imkanların verilməsi onları yalnız yeni cinayətlər törətməyə sövq edəcək”, - İran prezidenti bildirib.
Onun sözlərinə görə, İsrailin cinayətləri cavabsız qalmayacaq:
“Tarixi təcrübə göstərir ki, azadlıq hərəkatları fərdlər öldürüldükdən sonra yox olmur”.
Qeyd edək ki, İsmayıl Haniyə 31 iyulda Tehranda qaldığı iqamətgahda, Hizbullah lideri Həsən Nəsrullah isə 27 sentyabrda Behrutdakı qərargahında raket zərbəsi ilə öldürülüb.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video