Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BUTA.TV-a açıqlamasında bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub.
"Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə xidmət rəsmisi bildirib.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video