ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri Respublikaçılar Partiyasının namizədi Donald Trampın uduzacağı təqdirdə ABŞ üçün sonuncu seçki ola bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri amerikalı sahibkar, milyarder İlon Mask deyib.
“Çox az adam başa düşür ki, Tramp seçilməsə, bu, sonuncu seçki olacaq. O, demokratiya üçün təhlükə deyil, onu xilas edə biləcək yeganə şəxsdir”, - Mask X-də yazıb.
Mask qeyd edib ki, demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gələrsə, qeyri-qanuni mühacirlər gəlməyə davam edəcək və növbəti seçkilərdə tədricən vətəndaşlıq və səsvermə hüququ əldə edəcəklər.
Beləliklə, miqrantların səslərini təmin edən Demokratlar Partiyasının dörd ildən sonra rəqibi olmayacaq və ABŞ-da yeganə seçkilər demokratların praymerizləri olacaq.
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava
- Qubada torpaq sürüşməsi baş verdi - Video