Hizbullahın lideri Seyid Həsən Nəsrullah Livan və region üçün mühüm fiqur idi. Onu əvəz etmək çətin olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu Yorkda “TRT Haber”ə açıqlamasında deyib.
“Bizim fikrimizcə, İsrail Livanda dayanmayacaq və Qəzzadakı müharibəni daha geniş bölgəyə yayacaq. ABŞ və digər Qərb ölkələrinin laqeydliyi zorakılığın davam etməsinə imkan verir”, - o bildirib.
Qeyd edək ki, İsrailin Beyruta zərbələri nəticəsində həlak olan Hizbullah lideri Həsən Nəsrullahı qohumu, Cihad Şurasının rəhbəri və təşkilatın ikinci şəxsi Seyid Haşim Səfiəddinin əvəz edəcəyi gözlənilir.
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava